"Səbail" klubu Antalyada növbəti oyununu keçirəcək

"Səbail" klubu Antalyada növbəti oyununu keçirəcək Rəqib Almaniya komandası olacaq
Futbol
23 Yanvar , 2017 13:25
Səbail klubu Antalyada növbəti oyununu keçirəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyədə qış təlim-məşq toplanışını davam etdirən Azərbaycan I divizionunda mübarizə aparan "Səbail" klubu bu gün növbəti yoxlama oyununu keçirəcək. 

"Report"un məlumatına görə, qardaş ölkədə baş tutacaq ikinci yoxlama oyununda rəqib Almaniyanın "Ayntraxt Northeym" komandası olacaq. 

Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Qeyd edək ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda ilk görüşdə Qazaxıstan "Kyran"ına 2:4 hesabı ilə uduzub. Son oyununu yanvarın 26-da Macarıstanın "Szeged" klubuna qarşı keçirəcək "Səbail" bir gün sonra vətənə dönəcək.

Son xəbərlər

Orphus sistemi