"Səbail"in qapıçısı Bakıya qayıtmaq üçün bilet axtarır

"Səbail"in qapıçısı Bakıya qayıtmaq üçün bilet axtarır Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" komandası təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.
Futbol
335
21 İyul , 2020 11:22
Səbailin qapıçısı Bakıya qayıtmaq üçün bilet axtarır
Aleksandr Rıbka

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" komandası təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb. 

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis həftəsonu koronavirus testindən keçdiklərini və hamısının mənfi olduğunu bildirib: "Bu gün axşam məşqlərə başlayacağıq. Demək olar ki, bütün futbolçular bizimlədir. Bəziləri ilə müqaviləni yeniləmişik, digərləri ilə danışıqları Qəbələdə davam etdirəcəyik".

Baş məşqçi kapitan Rahid Əmirquliyevin də komandada qalacağını sözlərinə əlavə edib. Mütəxəssis legionerlərin taleyi ilə bağlı da danışıb: "Böyük ehtimalla Eriko da Silva ilə də yolları ayıracağıq. Cənubi Afrikalı Hendrik Ekşteynin isə klubumuzla müqaviləsi var".

Hacıyev ukraynalı qapıçı Aleksandr Rıbkanın Bakıya gəlmək üçün bilet axtardığını vurğulayıb: "Bilet tapmaq hələ ki, çətindir. Biz də çalışırıq ki, o da tez bir zamanda komandaya qoşulsun".

Baş məşqçi son olaraq fiziki hazırlıq üzrə məşqçi Toni Boqdanovskinin də "Səbail"lə vidalaşdığını deyib. 

Son xəbərlər

Orphus sistemi