"Səbail"in legioneri: "Qarabağ"la matçda ən zəif oyunçumuz 12 km qaçmışdı"

"Səbail"in legioneri: "Qarabağ"la matçda ən zəif oyunçumuz 12 km qaçmışdı" "Azərbaycan çempionatında oynamaq xoşuma gəlir. Burada çox yaxşı komandalar var".
Futbol
388
4 Dekabr , 2020 20:34
Səbailin legioneri: Qarabağla matçda ən zəif oyunçumuz 12 km qaçmışdı
Bəxtiyar Rəhmani

"Azərbaycan çempionatında oynamaq xoşuma gəlir. Burada çox yaxşı komandalar var".

"Report"un məlumatına görə, bunu "Səbail" klubunun futbolçusu Bəxtiyar Rəhmani İranın "varzesh3.com" saytına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi komandasının Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığını bildirib: "Azərbaycan Premyer Liqasında yaxşı futbolçular çıxış edir. Əməkhaqqı isə çox yüksəkdir. Hər bir klub avrokuboklara düşməyə çalışır. Həm texnika, həm də futbol baxımından çox peşəkar və çətin liqada çıxış etdiyimi vurğulamaq istəyirəm. Bu, mənim üçün, həqiqətən, çox yaxşı futbol çağırışıdır".

Təcrübəli oyunçu gələcəkdə daha çox iranlı futbolçunun Azərbaycan çempionatına gələcəyinə ümid etdiyini söyləyib: "Onlar Premyer Liqadakı keyfiyyəti, burada oynamağın nə qədər əyləncəli olduğunu görəcəklər. Azərbaycan Premyer Liqası Avropa səviyyəli çempionatdır. Hazırda burada 5-6 həmyerlim çıxış edir. Peyman Keşəvarz mənimlə eyni komandadır. Onunla "Traktor"da birlikdə oynamışam. Texnikalı oyunçudur. Onu çox sevirəm. Gələcəkdə onun haqqında daha çox eşidəcəksiniz".

İran millisinin sabiq üzvü Premyer Liqanın XI turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Çox çətin oyun oldu. Əsas komandadan bir neçə futbolçumuzda koronavirus aşkarlanıb. Buna baxmayaraq, parlaq oyun göstərdik. Hətta qələbə də qazana bilərdik. Sonda 1 xala razı olduq. "Qarabağ" kimi rəqiblə matçda bu da yaxşı nəticədir. Ən zəif oyunçumuz 12 km qaçmışdı. Ona görə də meydanı başıuca tərk etdik. Rəqib heyətindəki futbolçuların sayəsində topa daha çox nəzarət etsə də, bizim fərqlənmək üçün çoxlu sayda imkanımız oldu. Amma qələbə qolunu vura bilmədik".

Rəhmani "Qarabağ"ın çempionatdakı digər komandalardan üstün olduğunu vurğulayıb: "Digər klublar eyni səviyyəlidir. Onlar da xeyli pul xərcləyib yaxşı futbolçular alıblar. Amma "Qarabağ" digərlərindən fərqlənir. Çünki bu komandaya dövlət də dəstək verir. Yüksək səviyyəli oyunçuları var. Onlar nəticə qazanmaq üçün oynayırlar".

Son xəbərlər

Orphus sistemi