"Səbail"in legioneri ili erkən başa vurub

"Səbail"in legioneri ili erkən başa vurub “Səbail”in legioner futbolçusu Eriko da Silva uzun müddətə sıradan çıxıb.
Futbol
23 avqust 2019 06:41
Səbailin legioneri ili erkən başa vurub

“Səbail”in legioner futbolçusu Eriko da Silva uzun müddətə sıradan çıxıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “dənizçilər”in Premyer Liqanın I turunda “Zirə”ni evdə 1:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnən braziliyalı mərkəz müdafiəçi 3 aydan 5 ayadək futboldan kənarda qalacaq.

Bu isə o deməkdir ki, əcnəbi oyunçu ili erkən başa vurub.

Qeyd edək ki, “Səbail” Eriko da Silvanı yay fasiləsində heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi