“Səbail”in legioneri: “Hansı yerdə olduğumuza fikir vermirik”

“Səbail”in legioneri: “Hansı yerdə olduğumuza fikir vermirik” Bakı. 11 noyabr. REPORT.AZ/ “Keşlə” ilə matçda penaltidən qol vurandan sonra oyun epizodunda da fərqlənəcəyimə dair söz vermişdim. Bu gün çox yaxşı oynadıq, komandamız rəqibi tamamilə üstələdi. Plana uyğun hərəkət etdik, baş məşqçimiz əks-hücumda oynamağı tapşırmışdı. Bütün qolları bu cür vurduq. Sxemimiz işlədi və layiqli qələbə qazandıq”.
Futbol
11 Noyabr , 2018 11:04
“Səbail”in legioneri: “Hansı yerdə olduğumuza fikir vermirik”

Bakı. 11 noyabr. REPORT.AZ/ “Keşlə” ilə matçda penaltidən qol vurandan sonra oyun epizodunda da fərqlənəcəyimə dair söz vermişdim. Bu gün çox yaxşı oynadıq, komandamız rəqibi tamamilə üstələdi. Plana uyğun hərəkət etdik, baş məşqçimiz əks-hücumda oynamağı tapşırmışdı. Bütün qolları bu cür vurduq. Sxemimiz işlədi və layiqli qələbə qazandıq”.

“Report” xəbər verir ki, bu sözləri “Səbail”in futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda “Sabah”ı 4:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra deyib.

Matçda vurulan son 2 qolun müəllifi olan moldovalı yarımmüdafiəçi bildirib ki, Millətlər Liqasının oyunları ilə əlaqədar ölkə çempionatında yaranacaq fasilə onların çıxış tempinə təsir edəcək:

“Fasilə elə də böyük deyil. Uşaqlar 3 günlük istirahətdən sonra məşqlər olacaq. Biz bütün rəqiblərə eyni gözlə baxırıq. Sırf “Sabah”la aramızda rəqabət yoxdur. Karyeramda əvvələr dubl etmişəm. Amma bu çoxdan olub. Hər zaman eyni teplə çıxış etmək olmur. Əsas odur ki, pis oyundan sonra toparlanmağı, xarakter göstərməyi bacardıq”.

Koçukun sözlərinə görə, “Səbail”in əsas məqsədi hər oyunda qalib gəlməkdir:

“Hansı yerdə olduğumuza fikir vermirik. Neçənci pilləni tutacağımızı çempionatın sonunda görəcəyik”.

Qeyd edək ki, “Səbail” hazırda 20 xalla 2-ci sıradadır.

Son xəbərlər

Orphus sistemi