“Səbail”in kapitanı: “Biz nəyisə sübut etməyə çalışmırıq”

“Səbail”in kapitanı: “Biz nəyisə sübut etməyə çalışmırıq” Bakı. 10 noyabr. REPORT.AZ/ “Oyuna ciddi hazırlaşmışdıq. “Sabah” komandası elitada ilk dəfədir çıxış etməsinə baxmayaraq, çox yaxşı oyun göstərir. Bu matç bizim üçün vacib idi. Üç xal qazandıq və “Sabah”dan aralandıq.
Futbol
10 Noyabr , 2018 23:21
“Səbail”in kapitanı: “Biz nəyisə sübut etməyə çalışmırıq”

Bakı. 10 noyabr. REPORT.AZ/ “Oyuna ciddi hazırlaşmışdıq. “Sabah” komandası elitada ilk dəfədir çıxış etməsinə baxmayaraq, çox yaxşı oyun göstərir. Bu matç bizim üçün vacib idi. Üç xal qazandıq və “Sabah”dan aralandıq.

“Report”un məlumatına görə, bu sözləri “Səbail” komandasının kapitanı Rahid Əmirquliyev səfərdə "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XI tur matçından sonra deyib.

O, daha sonra jurnalistlərin digər suallarını da cavablandırıb:

- “Səbail” sanki öz oyunu ilə nəyisə sübut etməyə çalışır. Bu nə ilə əlaqədardır?

- Son vaxtlar söz-söhbətlər gəzir ki, texniki qələbələrlə xal qazanırıq. Ona görə də meydanda öz oyunumuzu göstərib qələbə qazanmağa çalışırıq. Amma deməzdim ki, nəyisə sübut etməyə çalışırıq.

- Əks hücumlarda yaxşı oynadınız, rəqibin də müəyyən səhvləri oldu. Oyundan əvvəl belə taktika qurulmuşdu?

- Oyunu təhlil etmişdik. Rəqibin öz meydanında pressinqlə oynadığını bilirdik. Özümüz belə taktika ilə oynadıq və "Sabah"ı əks-hücumlarda yaxaladıq. Əlimizə düşən fürsətlərdən yaxşı istifadə etdik və qələbə qazandıq.

- Artıq "Qarabağ"a çatmısınız. Hər iki komandanın 20 xalı var və 2-3-cü pillələri bölüşürsünüz.

- Düzdür, hər şey ola bilər. Biz də hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Nə qədər yuxarı pilləyə qalxsaq, bizim üçün o qədər yaxşıdır. "Qarabağ" güclü rəqibdir, onlarla mübarizə aparmaq bizim üçün bir az çətindir. Ancaq hər oyuna qələbə üçün çıxırıq. Sonda nə olacağını görəcəyik.

- Bu çempionatda "Qarabağ" və "Neftçi" digərlərindən aşkar üstünüdür?

- İndiki halda görünür ki, favorit "Qarabağ" və "Neftçi"dir. Onlar digər klublardan güclüdür. Amma gələcəkdə bu dəyişə bilər.

- Bu gün Qurban Qurbanov da oyunu izləyirdi, milliyə dəvət almağı gözləyirsinizmi?

- Milliyə dəvət oldu-olmadı, mən özüm üçün çalışıram. Çağırıb-çağırmamaq baş məşqçimizin qərarıdır.

- Son vaxtlar milliyə çağrılsanız da, ehtiyatda qalmısınız...

- Düzdür, hər futbolçu meydanda olmaq istəyir. Amma bu məşqçinin qərarıdır və buna hörmət edirəm.

- Millinin növbəti oyunları haqda nə düşünürsünüz?

- Əvvəlcə Bakıda Farer Adalarını məğlub edib, Kosovo yığması ilı oyunu düşünməliyik. Çünki əgər evdə keçirdiyimiz oyunda xal itirsək, bizim üçün hər şey bitə bilər.

- Malta qrupdakı hər komandaya qol vuraraq büdrədə bilir. Onlar Kosovonu da büdrədə bilərmi?

- Malta bizimlə Bakıdakı oyunda da göstərdi ki, sürpriz edə bilər.

Son xəbərlər

Orphus sistemi