"Səbail"in iki futbolçusu koronavirusa yoluxub, komanda oyuna 13 nəfərlə yollanıb

"Səbail"in iki futbolçusu koronavirusa yoluxub, komanda oyuna 13 nəfərlə yollanıb Futbol üzrə Azərbaycan I Divizionun VI turunda keçirilən "Qaradağ - Lökbatan" - "Səbail-2" oyununda maraqlı hadisə yaşanıb
Futbol
161
26 Oktyabr , 2021 14:34
Səbailin iki futbolçusu koronavirusa yoluxub, komanda oyuna 13 nəfərlə yollanıb

Futbol üzrə Azərbaycan I Divizionunda VI turun "Qaradağ - Lökbatan"la oyununa "Səbail-2" cəmi 13 futbolçu ilə yollanıb.

"Report"un məlumatına görə, "Səbail-2"nin ehtiyatdakı futbolçularının hər ikisi meydan oyunçularıdır. Bu isə o deməkdir ki, qapıçı zədələnərsə və ya qırmızı vərəqə alarsa, onu əvəzləməyə yeni qapıçı olmayacaq.

Paytaxt təmsilçisinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, digər qapıçı Zeynəddin Abdurahmanov əsas komandaya cəlb edilib. Abdurahmanov zədə və s. kimi amillərdən qorunmaq üçün görüşdə iştirak etmir: "Bundan əlavə, Aydın Ağazadə və Vidadi Cəfərovun koronavirus testi müsbət çıxıb. Şamil Cəfərov isə zədəlidir".

Qeyd edək ki, hazırda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matçda hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi