"Neftçi" üstün idi və evdə oynayırdı. Matçın çətin keçəcəyini bilirdik.
Rəqibin çox epizodları oldu və fərqləndi. Amma son dəqiqələrdə biz də hücuma keçdik. Artıq müdafiəçilərimiz də irəli atılmışdı. Sonda qol vura bildik. Çox vacib bir xal qazandıq".
"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in futbolçusu Rauf Əliyev Premyer Liqanın XIX turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
31 yaşlı hücumçu sosial şəbəkələrdə yayılan şayiələrin əsassız olduğunu bildirib: "Səbail" nə "Qarabağ"ın ikinci komandasıdır, nə də başqa heç nəyi. Komandamız özü üçün oynayır. Hazırda o biri komandalarla xal fərqimiz elə çox deyil. Yəni, özümüz üçün mübarizə aparırıq.
İndi sosial şəbəkələrdə hər şey yazırlar. Rəylərə baxırsan, komanda xal qazanan kimi deyirlər, "Qarabağ"a kömək edir. O biri komanda haqqında da deyirlər ki, filan kluba kömək edir. Bunlar olan şeylərdir”.
Əliyev qol vurduğu üçün sevindiyini əlavə edib. O, "qol vurandan sonra sabiq komandanıza jest etdiniz" - sualına belə cavab verib: "Bir-iki nəfər var idi. Artıq onlar cavablarını aldılar. Mənim futbolçularla heç bir problemim yoxdur. Hamısı qardaşımdır. Bir-iki nəfər vardı, özləri bilir”.

Forvard "Səbail"in ardıcıl neçə oyundur ki, məğlub olmamasına da toxunub: "Mən yeniyəm. Komandaya yanvardan qoşulmuşam. Toplanışdan sonra da komandada elə bir şey hiss etmirdim. Qış fasiləsindən sonra sonuncu yeri tuturduq. Hamı öz yerində idi, hazırlaşırdı. Hər şey normal idi. Əsas odur ki, bəhrəsini gördük.
Birinci oyunda "Qarabağ"a uduzsaq da, bir xala yaxın idik. Sonrakı oyunlarda 3 xal qazandıq. Uğurlu seriyamızı davam etdirmək istəyirik.
Əliyev qış fasiləsində yollarını ayırdığı "Neftçi" barədə də danışıb: "Nefti"dən getməyin xeyiri odur ki, daha çox oynayıram. Bu yaşıma qədər karyeram ərzində hansı komandada olmuşamsa, daim oynamışam. Amma "Neftçi" də az oynadım.
Çempionatda az şans verilirdi. Hamı problemi bir-birinin üstünə yıxırdı. Yəni, az oynatdılar. Ola bilər ki, "Səbail" səviyyəyə görə "Neftçi"dən geri qalır, çempionluğa iddiası azdır. Amma əsas odur ki, oynayım, qol vurum. Bu, mənim üçün daha rahatdır".