“Səbail” futbol klubunun oyunçusu Maykl Essyen zədə alıb.
“Report”un məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XIX turunda “Neftçi” ilə səfər matçında aldığı zədəyə görə oyunu davam etdirə bilməyib.
17-ci dəqiqədə qanalı oyunçunun yerinə meydana Elçin Rəhimli daxil olub.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.