"Səbail"in futbolçusu vətəndaşlığını dəyişmək istəyir

"Səbail"in futbolçusu vətəndaşlığını dəyişmək istəyir "Səbail" klubunda çıxış edən qanalı futbolçu Camal Araqo idman vətəndaşlığını dəyişmək istəyir.
Futbol
2 Oktyabr , 2021 10:45
Səbailin futbolçusu vətəndaşlığını dəyişmək istəyir

"Səbail" klubunda çıxış edən qanalı futbolçu Camal Araqo idman vətəndaşlığını dəyişmək istəyir.

"Report" "Footballmadeinghana" nəşrinə istinadən xəbər verir ki, əslən Liberiyadan olan 28 yaşlı müdafiəçi bu ölkənin milli komandasında çıxış etmək niyyətindədir.

Liberiya Futbol Assosiasiyası hələlik oyunçuya təklif göndərməyib. Araqonun ailəsi ölkədəki vətəndaş müharibəsi zamanı Qanaya köçüb.

Qeyd edək ki, Camal Araqo mövsümün əvvəlində "Səbail"ə keçib. O, Qananın aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb.

Son xəbərlər

Orphus sistemi