"Səbail"in futbolçusu ölkə tarixində rekorda imza atıb

"Səbail"in futbolçusu ölkə tarixində rekorda imza atıb Azərbaycan Premyer Liqasının V turu yeni rekordla əlamətdar olub.
Futbol
25 Sentyabr , 2021 19:25
Səbailin futbolçusu ölkə tarixində rekorda imza atıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu yeni rekordla əlamətdar olub.

"Report"un məlumatına görə, ilk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.

“Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub. 32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub.

III turun “Sumqayıt”la görüşündə rekordu təkrarlayan oyunçu “ASCO Arena”da mütləq göstəriciyə imza atıb. Təcrübəli yarımmüdafiəçi Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də "Şahdağ"ın heyətində səfərdə “Şəfa”ya 0:1 hesabı ilə oduzduqları oyunun iştirakçısı olub. Əmirquliyev karyerası ərzində çıxdığı qarşılaşmalarda 33 qol vurub.

O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Yarımmüdafiəçi yetirməsi olduğu “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun) oyuna çıxıb. “ASCO Arena”dakı matç onun “Səbail”də 74-cü görüşüdür.

Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.

mövsüm

klub

oyun

qol

2003/04

Şahdağ-Samur (Qusar)

16

3

2004/05

Şahdağ-Samur (Qusar)

26

1

2005/06

Şahdağ (Qusar)

15

3

2006/07

Xəzər Lənkəran

17

5

2007/08

Xəzər Lənkəran

16

1

2008/09

Xəzər Lənkəran

24

4

2009/10

Xəzər Lənkəran

27

1

2010/11

Xəzər Lənkəran

30

0

2011/12

Xəzər Lənkəran

31

5

2012/13

Xəzər Lənkəran

30

1

2013/14

Xəzər Lənkəran

31

0

2014/15

Xəzər Lənkəran

30

2

2015/16

Xəzər Lənkəran

18

4

2015/16

Qarabağ (Ağdam)

2

0

2016/17

Qarabağ (Ağdam)

20

3

2017/18

Qarabağ (Ağdam)

15

0

2018/19

Səbail (Bakı)

24

0

2019/20

Səbail (Bakı)

20

0

2020/21

Səbail (Bakı)

26

0

2021/22

Səbail (Bakı)

4

0


Qeyd: “Şahdağ” bir müddət “Şahdağ-Samur” adlanıb.

Son xəbərlər

Orphus sistemi