Moldova yığmasının baş məşqçisi Fransa və Türkiyə ilə oyunlara Azərbaycandan bir futbolçu çağırıb

Moldova yığmasının baş məşqçisi Fransa və Türkiyə ilə oyunlara Azərbaycandan bir futbolçu çağırıb Səbail klubunun futbolçusu Yevgeni Koçuk 2020-ci il Avropa çempionatının seçmə mərhələ oyunları üçün Moldova millisinə dəvət alıb.
Futbol
13 Mart , 2019 14:19
Moldova yığmasının baş məşqçisi Fransa və Türkiyə ilə oyunlara Azərbaycandan bir futbolçu çağırıb

"Səbail" klubunun futbolçusu Yevgeni Koçuk 2020-ci il Avropa çempionatının seçmə mərhələ oyunları üçün Moldova millisinə dəvət alıb.

"Report" xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Spiridon 26 yaşlı yarımmüdafiəçini Fransa və Türkiyə milliləri ilə oyunlar üçün komandaya cəlb edib.

"Zirə"də çıxış edən və əvvəlki oyunlarda yığmaya çağırılan hücumçu Aleksandr Dedov isə bu dəfə 24 nəfərlik siyahıda yer almayıb. Spiridon "Neftçi"dəki digər moldovalı oyunçu Petru Rakuya da etimad göstərməyib.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində H qrupunda mübarizə aparan Moldova martın 22-də evdə Fransa, martın 25-də isə səfərdə Türkiyə ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi