"Səbail"in baş məşqçisi: "Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq"

"Səbail"in baş məşqçisi: "Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq" Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq.
Futbol
17 fevral 2025 17:39
Səbailin baş məşqçisi: Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq

Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq.

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Sabah"a qarşı Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Çox istəyirdik ki, qələbə qazanaq. Futbolçuların bugünkü matçda göstərdikləri nizam-intizam və xarakter təqdirəlayiqdir. Qalib gələ də bilərdik. Lakin 1 xalla kifayətləndik. Qarşıda bizi oyunlar gözləyir. Qış fasiləsindən sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Deməli, bizə zaman lazım imiş".

Qeyd edək ki, XXIII turun görüşündə "Səbail" evdə "Sabah" ilə heç-heçəyə (0:0) razılaşıb.

Son xəbərlər

Orphus sistemi