"Səbail"in baş məşqçisi: "Buzda futbol oynamaq yaxşı olmadı"

"Səbail"in baş məşqçisi: "Buzda futbol oynamaq yaxşı olmadı" Buzda futbol oynamaq yaxşı olmadı.
Futbol
14 Dekabr , 2024 17:39
Səbailin baş məşqçisi: Buzda futbol oynamaq yaxşı olmadı

Buzda futbol oynamaq yaxşı olmadı.

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Şamaxı"ya qarşı Misli Premyer Liqasının XVII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Hər iki komanda üçün vacib oyun idi. Sonuncu yerdəyik. Bura qələbə üçün gəlmişdik, amma 1 xalla dönürük. Meydanın vəziyyəti futbol oynamağa imkan vermirdi. Havanın belə olacağı öncədən bilinirdi, sinoptiklər məlumat vermişdilər. Meydanın vəziyyətini düzəltmək olardı. Buzda futbol oynamaq yaxşı olmadı. Qarşıda bizi "Zirə" ilə vacib matç gözləyir. Həmin oyuna hazırlaşacağıq".

Qeyd edək ki, XVII turun görüşündə "Səbail" səfərdə "Şamaxı" ilə qolsuz bərabərə qalıb.

Son xəbərlər

Orphus sistemi