"Səbail"in baş məşqçisi: "65-ci dəqiqədən sonra meydanda yalnız "Neftçi" var idi"

"Səbail"in baş məşqçisi: "65-ci dəqiqədən sonra meydanda yalnız "Neftçi" var idi" "Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir".
Futbol
14 Mart , 2021 19:21
Səbailin baş məşqçisi: 65-ci dəqiqədən sonra meydanda yalnız Neftçi var idi
Aftandil Hacıyev

"Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu dəfə oyunu 3 hissəyə bölmək lazımdır: "İlk yarıda çox yaxşı oynadıq. "Neftçi"nin qapısına penalti təyin olunmalı idi. 65-ci dəqiqədən sonra meydanda sadəcə, rəqib vardı. Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədəki oyunumuzdur. "Neftçi"nin ustalığı özünü göstərdi".

Baş məşqçinin sözlərinə görə, bugünədək ən ağır qrafiklə oynayan komanda "Səbail"dir: "Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq".

Son xəbərlər

Orphus sistemi