"Səbail"in UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv I mərhələdə Rumıniyanın "Krayova" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş səfərdə olacaq.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11 - 18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul - 1 avqustda keçiriləcək.