“Səbail” futbol komandasının qış hazırlıq planı müəyyənləşib

“Səbail” futbol komandasının qış hazırlıq planı müəyyənləşib Bakı. 29 noyabr. REPORT.AZ/ “Səbail” futbol komandasının qış hazırlıq planı müəyyənləşib.
Futbol
29 Noyabr , 2018 09:27
“Səbail” futbol komandasının qış hazırlıq planı müəyyənləşib

Bakı. 29 noyabr. REPORT.AZ/ “Səbail” futbol komandasının qış hazırlıq planı müəyyənləşib.

Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasında çıxış edən “dənizçilər” təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar.

Laradakı “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi gələn il yanvarın 12-dən 25-dək nəzərdə tutulub. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Matçların tarixi və rəqiblər hələ dəqiqləşməyib.

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

Qeyd edək ki, bunadək “Sumqayıt”, “Zirə” və “Sabah”ın Antalyaya yollanacağı dəqiqləşmişdi.

Son xəbərlər

Orphus sistemi