"Səbail"ə texniki məğlubiyyət verilib

"Səbail"ə texniki məğlubiyyət verilib Bakı. 9 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Səbail-2 komandasına texniki məğlubiyyət verib.
Futbol
9 Oktyabr , 2018 13:24
Səbailə texniki məğlubiyyət verilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Səbail-2" komandasına texniki məğlubiyyət verib. 

"Report" xəbər verir ki, buna səbəb I Divizionun VI turunda səfərdə "Qarabağ-2" ilə matçda komandanın heyətində protokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsidir. Klub isə 800 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, "Qarabağ-2" - "Səbail-2" matçı 1:1 hesabı ilə başa çatıb. Daha öncə "Zirə" klubuna Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Səbail"lə matçda protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilmədiyi üçün texniki məğlubiyyət verilib. 

Son xəbərlər

Orphus sistemi