"Səbail"dən ayrılan futbolçu İndoneziya klubuna keçir

"Səbail"dən ayrılan futbolçu İndoneziya klubuna keçir Cari mövsümün sonunda "Səbail"lə yollarını ayıran sierra-leoneli futbolçu Ali Sesayın yeni klubu məlum olub.
Futbol
184
7 İyun , 2021 09:13
Səbaildən ayrılan futbolçu İndoneziya klubuna keçir
Ali Sesay

Cari mövsümün sonunda "Səbail"lə yollarını ayıran sierra-leoneli futbolçu Ali Sesayın yeni klubu məlum olub.

"Report" xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək. Təcrübəli oyunçu "Persebaya" komandası ilə anlaşıb.

Məlumatı Superliqa təmsilçisinin mətbuat katibi Ram Surahman da təsdiqləyib. O, futbolçu ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, İngiltərənin "Lester" komandasının yetirməsi olan Ali Sesay Azərbaycanda "Səbail"lə yanaşı, "Zirə"də də çıxış edib.

Son xəbərlər

Orphus sistemi