"Səbail" baxışa braziliyalı futbolçu cəlb edib

"Səbail" baxışa braziliyalı futbolçu cəlb edib Bakı.24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu baxışa yeni futbolçu cəlb edib.
Futbol
2910
24 Yanvar , 2019 12:19
Səbail baxışa braziliyalı futbolçu cəlb edib

Bakı.24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu baxışa yeni futbolçu cəlb edib.

Bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. Onun sözlərinə görə, baş məşqçi Aftadil Hacıyev Jeison Vandemar de Lara Lonu sınayır. 22 yaşlı braziliyalı yarımmüdafiəçi “Səbail”in saat 12:00-da start götürən “Raça Sport Klub”la yoxlama matçında start heyətində yer alıb.

İtaliya vətəndaşlığı da olan legionerin son klubu vətənində “Fluminense” olub.

Qeyd edək ki, serbiyalı müdafiəçi İqor Ristivoyeviç də “Səbail”də baxışdadır.

Son xəbərlər

Orphus sistemi