"Səbail" daha bir futbolçusu ilə vidalaşıb

"Səbail" daha bir futbolçusu ilə vidalaşıb 25 yaşlı cinah oyunçusunun başa çatan müqaviləsi yenilənməyib
Futbol
9 İyun , 2023 14:18
Səbail daha bir futbolçusu ilə vidalaşıb

"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

"Dənizçilər"dən "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi Turan Manafovla vidalaşıb.

25 yaşlı cinah oyunçusunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "Səbail" daha əvvəl, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi