"Səbail" 20 oyunluq cəzalanan məşqçisini cərimələdi

"Səbail" 20 oyunluq cəzalanan məşqçisini cərimələdi İclasda 42 yaşlı mütəxəssislə bağlı qərar veriləcək
Futbol
9 Fevral , 2021 15:24
Səbail 20 oyunluq cəzalanan məşqçisini cərimələdi

"Səbail" klubunun rəhbərliyi və baş məşqçi Aftandil Hacıyev arasında iclas keçirilib.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, yığıncaqda AFFA İntizam Komitəsi (İK) tərəfindən 20 oyunluq cəzalandırılan məşqçi Vüqar Məmmədlə bağlı qərar qəbul olunub.

Klubun daxili intizam kodekslərinə əsasən, mütəxəssisə pul cəzası verilib. Cərimənin məbləği açıqlanmayıb.

Vüqar Məmməd İK və klubun verdiyi cəzalarla razılaşdığını bildirib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi klubu 16 000 manat cərimələyib.

14:12

"Səbail" futbol klubu Azərbaycan Kubokunda 20 oyunluq cəza alan məşqçisi Vüqar Məmmədlə bağlı iclas keçirəcək.

"Report" xəbər verir ki, toplantı klubdaxili olacaq. İclasda 42 yaşlı mütəxəssislə bağlı qərar veriləcək.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Vüqar Məmmədə Azərbaycan Kuboku matçlarında 20 görüşlük cəza verib. Səbəb kimi gənc mütəxəssisin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab görüşünün 76-cı dəqiqəsində köməkçi hakim Cavanşir Yusifovu vurması göstərilib.

Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda "Səbail" 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə az qol vurduğu üçün mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi