"Şaxtyor" Mirça Luçeskunun yubileyi münasibətilə abidəsini ucaldıb

"Şaxtyor" Mirça Luçeskunun yubileyi münasibətilə abidəsini ucaldıb Abidənin açılışı komanda Donetskə qayıtdıqdan sonra olacaq
Futbol
1032
31 İyul , 2015 12:43
Şaxtyor Mirça Luçeskunun yubileyi münasibətilə abidəsini ucaldıb

Bakı. 31 iyul. REPORT.AZ/ Ukraynanın "Şaxtyor" klubunun rəhbərliyi futbol komandasının baş məşqçisi Mirça Luçeskuya 70 illik yubileyində unudulmaz sürpriz bəxş edib. "Report"un məlumatına görə, Donetsk komandasında 11 ildir çalışan rumıniyalı mütəxəssisin heykəli ucaldılıb. 

Heykəl "Narıncı-qaralar"ın doğma stadionu olan "Donbass Arena" önündə qurulub. Ölkədəki hərbi-siyasi vəziyyətlə əlaqədar ev oyunlarını Lvovda keçirən "Şaxtyor" Donetskə döndükdən sonra daha böyük ölçülü heykəl təntənəli mərasimlə açılacaq. 

Qeyd edək ki, Mirça Luçesku Türkiyədə "Qalatasaray" və "Beşiktaş"ın da baş məşqçisi olub. O, həm hər iki komandaya, həm də Çempionlar Liqasının III təsnifat mərhələsində "Fənərbağça"nın rəqibi olan "Şaxtyor"a ölkə çempionluğu qazandırıb. Luçesku Donetsk komandası ilə UEFA Kuboku sevinci də yaşayıb. 

Son xəbərlər

Orphus sistemi