"Şaxtyor"dan ayrılan baş məşqçi "Roma"nın sükanı arxasına keçib

"Şaxtyor"dan ayrılan baş məşqçi "Roma"nın sükanı arxasına keçib İtaliyanın Roma futbol komandasına yeni baş məşqçi təyin olunub.
Futbol
11 İyun , 2019 12:29
Şaxtyordan ayrılan baş məşqçi Romanın sükanı arxasına keçib

İtaliyanın "Roma" futbol komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Paulu Fonsekadır. Portuqaliyalı mütəxəssislə sonradan daha bir il uzadıla bilməsi şərti ilə 2 illik müqavilə bağlanılıb. 

Mozambik əsilli baş məşqçi ötən 3 mövsüm ərzində Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına rəhbərlik edib. O, 3 dəfə ölkə çempionu və 3 dəfə kubokun, 1 dəfə Superkubokun sahibi olub. Əvvəllər isə Fonseka Portuqaliyanın "Portu", "Pasuş de Ferreyra" və "Braqa" klublarında çalışıb.  

Qeyd edək ki, 46 yaşlı Paulu Fonseka "Roma"nın baş məşqçisi vəzifəsində Klaudio Ranyerini əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi