"Şaxtyor" Çempionlar Liqasındakı oyunlarını Polşada keçirəcək

"Şaxtyor" Çempionlar Liqasındakı oyunlarını Polşada keçirəcək Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ölkədəki müharibə səbəbindən UEFA Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını Polşada keçirmək istəyir.
Futbol
137
10 May , 2022 22:36
Şaxtyor Çempionlar Liqasındakı oyunlarını Polşada keçirəcək

Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ölkədəki müharibə səbəbindən UEFA Çempionlar Liqasındakı (ÇL) ev oyunlarını Polşada keçirmək istəyir.

"Report"un məlumatına görə, bu barədə Donetsk təmsilçisinin direktoru Dario Srna "Sportowe Fakty" nəşrinə açıqlama verib.

40 yaşlı mütəxəssis bildirib ki, "Legiya" ilə xeyriyyə matçı sözügedən ölkədən oynadıqları son qarşılaşma olmayacaq: "Polşa Ukraynaya kömək edir. Onlara hansısa yolla təşəkkürümüzü bildirmək istəyirik. Varşava ÇL matçlarımızı keçirmək üçün ən yaxşı yer olardı".

Qeyd edək ki, Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb, "Şaxtyor" çempion elan edilib.

Son xəbərlər

Orphus sistemi