"Şapekoense"nin qəzada sağ qalan qapıçısı Paralimpiya Oyunlarında çıxış etmək istəyir

"Şapekoense"nin qəzada sağ qalan qapıçısı Paralimpiya Oyunlarında çıxış etmək istəyir "Gözümü açaraq ayıldıqda çox qaranlıq və soyuq idi"
Futbol
1053
22 Fevral , 2017 14:20
Şapekoensenin qəzada sağ qalan qapıçısı Paralimpiya Oyunlarında çıxış etmək istəyir

Bakı. 22 fevral. REPORT.AZ/ Braziliyanın "Şapekoense" futbol komandasının təyyarə qəzasında ayağını itirən qapıçısı Cekson Follman gələcəkdə Yay Paralimpiya Oyunlarında çıxış etmək istəyir. "Report"un məlumatına görə, bu barədə 25 yaşlı qolkiperin özü yerli telekanala açıqlamasında bildirib.

Həmişə idmançı olacağını və "Şapekoense"nin qapıçısı kimi qalacağını deyən Folmann paralimpiadada çıxış etmək niyyətini ifadə edib. O, qəzadan sonra baş verənləri belə xatırladıb: "Gözümü açaraq ayıldıqda çox qaranlıq və soyuq idi. Titrəyirdim. "Kömək edin, ölmək istəmirəm" deyə qışqırdım. Hələ sağ olan dostlarımdan bir neçəsi də sağ idi, qışqırırdılar. Xilasedicilərin gəldiklərini də duydum".

Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Kolumbiyada baş vermiş təyyarə qəzasında 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub. 

Son xəbərlər

Orphus sistemi