"Şapekoense" klubu yenidən futbola qayıdır

"Şapekoense" klubu yenidən futbola qayıdır Komanda yanvarın sonlarında mübarizəyə qoşulacaq
Futbol
14 Dekabr , 2016 17:03
Şapekoense klubu yenidən futbola qayıdır

Bakı. 14 dekabr. REPORT.AZ/ Kolumbiyadakı təyyarə qəzasında futbolçuları və məşqçiləri dünyasını dəyişən Braziliyanın "Şapokeonse" klubu yenidən yaşıl meydanlara qayıdır. 

"Report"un məlumatına görə, komanda yanvarın sonlarında mübarizəyə qoşulacaq.

"Ağ-yaşıllar" ölkə çempionatında yanvarın 29-da "İnternasyonal"la qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kubokunun final görüşü üçün səfərə yollanan komandanın olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi