Samüel Eto O Qətər klubu ilə müqavilə bağlayıb

Samüel Eto O Qətər klubu ilə müqavilə bağlayıb Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyə Konyasporundan ayrılan futbolçu Samüel Eto O karyerasını Qətərin eyniadlı komandasında davam etdirəcək.
Futbol
14 Avqust , 2018 09:31
Samüel Eto O Qətər klubu ilə müqavilə bağlayıb

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyə "Konyaspor"undan ayrılan futbolçu Samüel Eto O karyerasını Qətərin eyniadlı komandasında davam etdirəcək.

"Report"un məlumatına görə, bu, 37 yaşlı hücumçunun karyerasında 14-cü klub olacaq. Əvvəllər kamerunlu forvard "Kaci Sports Akademi" (Kamerun), "Real Madrid", "Leqanes", "Espanyol", "Malyorka", "Barselona" (hamısı İspaniya), "İnter", "Sampdoriya" (hər ikisi İtaliya), "Çelsi", "Everton" (hər ikisi İngiltərə), "Anji" (Rusiya) və "Antalyaspor" (Türkiyə) komandalarında da çıxış edib.

Qeyd edək ki, Samüel Eto O "Konyaspor"la müqaviləni avqustun əvvəllərində qarşılıqlı razılıq əsasında pozub. "Qətər" ötən mövsüm ölkə çempionatında 12 komanda arasında 10-cu yeri tutub. 

Son xəbərlər

Orphus sistemi