Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti seçilib

Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti seçilib "Real Madrid", "Barselona" və "Anji"nin sabiq hücumçusu Samuel Eto'O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Futbol
12 Dekabr , 2021 03:08
Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti seçilib
Samuel Eto O

"Real Madrid", "Barselona" və "Anji" futbol komandalarının sabiq hücumçusu Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

40 yaşlı futbolçunun karyerası 2019-cu ildə başa çatıb.

Samuel Eto O karyerası ərzində İspaniyanın "Barselona", "Real Madrid" və "Malyorka", İngiltərənin "Çelsi", İtaliyanın "İnter", Rusiyanın "Anji" və Türkiyənin "Konyaspor" kimi komandalarında çıxış edib.

O, üç dəfə İspaniya çempionu və Çempionlar Liqasının qalibi, iki dəfə - İspaniya və İtaliya kuboklarının, İspaniya Superkubokunun sahibi, bir dəfə İtaliya çempionu, İtaliya Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Kamerun millisinin tərkibində 118 oyun keçirib və 56 qol vurub ki, bu da milli komandanın tarixində ən yaxşı göstəricidir. Samuel Eto O dörd dəfə Afrikada ilin ən yaxşı oyunçusu seçilib.

Son xəbərlər

Orphus sistemi