“Samtredia” - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib

“Samtredia” - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib Cavab görüşü də paytaxtda olacaq
Futbol
174
19 İyun , 2017 16:04
“Samtredia”  - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib

Bakı. 19 iyun. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının stadionu müəyyənləşib.

“Report”un məlumatına görə, görüş Tbilisidəki 55 min yerlik Boris Payçadze adına “Dinamo-Arena”da baş tutacaq. Hələlik oyunun tarixi dəqiqləşməyib. 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunu 11 - 12 iyulda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü 18-19 iyulda baş tutacaq. “Samtredia” ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”ni “Zestafoni” stadionunda qəbul edib. 

Son xəbərlər

Orphus sistemi