"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxdu

"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxdu İtaliyanın Sampdoriya klubunun futbolçusu Edqar Barretonun koronavirus testi müsbət nəticə verib.
Futbol
300
25 Mart , 2020 21:59
Sampdoriyanın daha bir futbolçusu koronavirusa yoluxdu

İtaliyanın "Sampdoriya" klubunun futbolçusu Edqar Barretonun koronavirus testi müsbət nəticə verib. 

"Report"un "Football Italia"ya istinadən məlumatına görə, 36 yaşlı paraqvaylı yarımmüdafiəçinin xəstəliyə həyat yoldaşı ilə birgə yoluxduğu müəyyənləşib. Hər iki şəxs dərhal karantinə alınıb. 

Daha əvvəl komandanın digər oyunçusu Yakub Yankto klubda 15 nəfərin testinin müsbət nəticələndiyini açıqlayıb. 

Qeyd edək ki, son məlumatlarda koronavirusun dünyada 435 006 nəfərdə təsdiqləndiyi bildirilir. Ölənlər 19 625, sağalanlar 111 822 nəfərdir. COVID-19-un əsas yayılma ocaqları Çin, İtaliya, ABŞ, İspaniya, Almaniya, İran və Fransadır. 

Son xəbərlər

Orphus sistemi