"Sampdoriya"da koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı

"Sampdoriya"da koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı İtaliyanın Sampdoriya klubunun daha bir futbolçusu koronavirusa yoluxub. Reportun məlumatına görə, bu, polşalı müdafiəçi Bartoş Bereşinskidir.
Futbol
15 Mart , 2020 00:05
Sampdoriyada koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı

İtaliyanın "Sampdoriya" klubunun daha bir futbolçusu koronavirusa yoluxub. "Report"un məlumatına görə, bu, polşalı müdafiəçi Bartoş Bereşinskidir.

27 yaşlı Bereşinski Genuya təmsilçisinin koronavirus testi müsbət nəticələnən 7-ci oyunçusudur. Daha əvvəl Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Morten Torsbyu, Antonio La Qumina və Fabio Dapaoliyə belə bir diaqnoz qoyulub.

Beləliklə, İtaliyada koronaviruslu futbolçuların sayı 11-ə çatıb. "Sampdoriya"nın oyunçularından əlavə, "Yuventus"dan Daniele Ruqani, "Fiorentina"dan isə Duşan Vlahoviç, Patrik Kutrone və Xerman Pesselyadan da COVİD-19 virusu tapılıb. 

Son xəbərlər

Orphus sistemi