​Samir Əliyev: "Neftçi"nin strategiyası dəyişib

​Samir Əliyev: "Neftçi"nin strategiyası dəyişib "Sabah meydanda nizam-intizamlı, mübariz komanda görəcəksiniz"
Futbol
1 İyul , 2015 21:22
​Samir Əliyev: Neftçinin strategiyası dəyişib

Bakı. 1 iyul. REPORT.AZ/ "Komandadan 10 futbolçu gedib: 5 yerli və 5 legioner. Demək olar ki, klub strategiyasını dəyişib".

"Report"un məlumatına görə, bunu çərşənbə günü Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la (Monteneqro) Bakıda keçiriləcək oyunöncəsi mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib.

S.Əliyev azarkeşlərə tanış olmayan bəzi futbolçuların meydana çıxacağını qeyd edib:

"Təlim-məşq toplanışı zamanı bütün oyunçuları yoxladıq və üzərlərində işlədik. Komandada olan bütün gənc futbolçular istedadlı və potensialı olanlardır. Fikrimcə komandada psixoloji problem yoxdur. Rəqibi təhlil etmişik, zəif və güclü nöqtələrini bilirik. Sabah meydanda nizam-intizamlı, mübariz komanda görəcəksiniz".

Son xəbərlər

Orphus sistemi