Samir Əliyev: "Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq"

Samir Əliyev: "Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq" "Qış fasiləsində komandaya yeni futbolçular qoşulub, onlar komandaya tam uyğunlaşsınca çempionat bitəcək"
Futbol
18 Fevral , 2018 21:56
Samir Əliyev: Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının 16-cı turunda evdə “Qarabağ”a uduzan (0:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

- Uşaqların oyunundan razı qaldım. Matçdan sonra onları oyuna görə təbrik etdim. “Qarabağ”la “Səbail” eyni səviyyəli komandalar deyil. Çalışdıq yaxşı mübarizə aparaq. Əlimizdən gələni etdik.

İki fərqli hissə izlədik. İlk hissədə “Səbail” daha hərəkətli idi. İkinci hissədə isə, xüsusilə, 60-cı dəqiqədən sonra komanda daha ləng görünürdü. Bu, yorğunluqla bağlı idi?

- Mən belə düşünmürəm. Əksinə, ikinci hissədə bir neçə dəyişiklikdən sonra daha fəal oynamağa başladıq.

Komandalar arasında səviyyə fərqinin olduğunu dediniz. Ancaq “Qarabağ”la müqayisədə heç də az qol fürsətiniz olmadı.

- Komanda yenidir. Qış fasiləsində komandaya yeni futbolçular qoşulub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Ən azı 7-8 oyun lazımdır ki, onlar komandaya tam uyğunlaşsınlar. Həmin vaxtadək də çempionat bitəcək (gülür). Bu gün biz “Qarabağ”ın imkan verdiyi qədər oynadıq.

Bu gün “Kəpəz” - “Keşlə” oyununda kimə azarkeşlik edirdiniz?

- Düzü, mən həmin oyunda heç-heçə olmasını istəyirdim. Çünki bizi qarşıda “Qəbələ” ilə çətin oyunlar gözləyir. Həm “Keşlə”, həm də “Kəpəz” qış fasiləsində çox gücləniblər. Ancaq biz rəqiblərin yox, öz oyunumuza köklənirik.

Son xəbərlər

Orphus sistemi