"Neftçi"nin futbolçuları Samir Abasovun mətbuat konfransını dayandırdı

"Neftçi"nin futbolçuları Samir Abasovun mətbuat konfransını dayandırdı Samir Abasovun mətbuat konfransında maraqlı hadisə baş verib
Futbol
645
19 May , 2021 23:31
Neftçinin futbolçuları Samir Abasovun mətbuat konfransını dayandırdı

"Neftçi"nin baş məşqçisi Samir Abasovun "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra keçirilən mətbuat konfransında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, flaqmanın futbolçuları konfrans otağına gələrək, 43 yaşlı mütəxəssisə sürpriz ediblər. Çempionluğu qeyd edən oyunçular baş məşqçinin üstünə su töküblər.

Bu səbəbdən mətbuat konfransı yarımçıq dayandırılıb.

Qeyd edək ki, "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn "Neftçi" 9 qat Azərbaycan çempionu olub.

Son xəbərlər

Orphus sistemi