Samir Abasov: “Zirə”yə yaxın olan şəxslərlə daimi əlaqədə idim”

Samir Abasov: “Zirə”yə yaxın olan şəxslərlə daimi əlaqədə idim” "Bakıya bu gecə qayıtmışam"
Futbol
29 Avqust , 2018 11:29
Samir Abasov: “Zirə”yə yaxın olan şəxslərlə daimi əlaqədə idim”
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ “Zirə”dən hələ ötən mövsüm başa çatandan sonra təklif almışdım. Həmin vaxt özüm razılıq vermək istəməmişdim. Hələ də tərəddüd içindəyəm”.

Bunu “Report”a “Zirə”nin baş məşqçisi postuna əsas namizəd göstərilən Samir Abasov deyib. 39 yaşlı mütəxəssis bildirib ki, hələlik klubdan onunla əlaqə saxlayan olmayıb: “İşsiz olduğum müddətdə “Zirə”yə yaxın olan adamlarla daimi əlaqədə idim. Bakıya bu gecə gəlmişəm. Şəxsi işlərimlə əlaqədar burada deyildim. İstefa isə səhər açıqlanıb. Bayaqdan 15 jurnalist zəng edib. Amma hələ klubdan heç kim mənimlə əlaqə saxlamayıb. Gözləyək, görək necə olur”.

Abasov xaricdə iş variantının da olduğunu söyləyib: "Hələlik real bir şey yoxdur. Xaricdəki tanışlarımdan mənə iş tapmaqda kömək etmələrini istəmişdim. Azərbaycanlı mütəxəssislərə xaricdə tələbat olmadığından, özümüz müraciət etməli oluruq. Ola bilər, çıxıb gedim".  

Qeyd edək ki, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov uğursuz nəticələr səbəbi ilə bu gün istefa verib. Onun rəhbərliyi altında "qartallar" son iki mövsümdə 4-cü yeri tutub. Cari çempionatda isə bu komanda 2 oyun keçirib və 1 xal qazana bilib 

Son xəbərlər

Orphus sistemi