Samir Abasov: "Sistemdən yox, oyunumuzdan narazıyam"

Samir Abasov: "Sistemdən yox, oyunumuzdan narazıyam" Bakı. 15 sentyabr. REPORT.AZ/ “İlk oyunum idi. Futbolçularımı başa düşürəm. Onlara demişəm ki, bir-birimizə tez öyrəşməliyik. Bu gün çoxlu suallara cavab tapdıq. Bunun üzərində işləməliyik. İnanıram ki, oyunçularım bunu bacaracaqlar.
Futbol
15 Sentyabr , 2018 23:09
Samir Abasov: Sistemdən yox, oyunumuzdan narazıyam

Bakı. 15 sentyabr. REPORT.AZ/ “İlk oyunum idi. Futbolçularımı başa düşürəm. Onlara demişəm ki, bir-birimizə tez öyrəşməliyik. Bu gün çoxlu suallara cavab tapdıq. Bunun üzərində işləməliyik. İnanıram ki, oyunçularım bunu bacaracaqlar".

"Report"un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi postunda debüt edən Samir Abasov Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Səbail” ilə 1:1 hesablı bərabərlikdən sonra deyib.

Mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında bildirib ki, sistemdən yox, oyunlarından narazıdır:

"Yenilikdən söhbət gedə bilməz. Sadəcə, əlimdə olan oyunçulara görə belə seçirəm. “Sumqayıt”da fərqli idi, burada fərqli. Bu gün iki futbolçumuz – Bilal və Dedov zədəli idi, onlar oyunu öz üzərilərinə götürə bilirlər. Əlimizdə olan oyunçulara görə bu sistemi yeritməyə məcburuq. Alınmasa, nələrisə dəyişməliyik. Sistemdən yox, oyunumuzdan narazıyam. Yavaş-yavaş addımlamalıyıq".

Son xəbərlər

Orphus sistemi