Samir Abasov: "Sezar Meza Kollinin keçidində şəxsən özüm maraqlıyam"

Samir Abasov: "Sezar Meza Kollinin keçidində şəxsən özüm maraqlıyam" "Rəhman Hacıyevin qayıdışı haqqında düşünürük"
Futbol
464
22 May , 2021 17:10
Samir Abasov: Sezar Meza Kollinin keçidində şəxsən özüm maraqlıyam
Samir Abasov

"Neftçi" "Keşlə"nin futbolçusu Sezar Meza Kollini heyətinə qatmaq istəyir.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasına açıqlamasında bildirib.

43 yaşlı mütəxəssis paraqvaylı yarımmüdafiəçi və onun agentləri ilə danışıqların davam etdiyini söyləyib: "Onun transferində şəxsən özüm maraqlıyam. Çox danışmaq istəmirəm. Oyunçuya və onun komandasına haqsızlıq etmiş olarıq. Onların da bütün fikri ölkə kubokunun finalındadır. Hələ ki, gözləyək, futbolçu öz oyununu oynasın. Komandası əziyyət çəkib finala vəsiqə qazanıb. Son görüşdə "Sumqayıt" və "Keşlə"yə uğurlar arzulayıram. Kubokun finalından sonra bu məsələyə qayıdacağıq. Sezar Meza Kolli bizim maraq dairəmizdədir və mənim istədiyim oyunçulardan biridir. Nə ondan, nə də klubundan cavab gəlib. Biz də onları başa düşürük. Sadəcə, azarkeşlər narahat olmuşdular deyə, bunu deyirəm. Açıqlamaya da bilərdik. "Keşlə"nin son oyununun bitməsini gözləyirik. Ondan sonra hər şey dəqiqləşəcək".

Abasov "Keşlə"də icarə əsasında çıxış edən Turan Vəlizadə, Rəhman Hacıyev və "Sumqayıt"da oynayan Cabir Əmirlinin "Neftçi"yə qayıtma ehtimalına da toxunub: "Onların arasında Rəhman Hacıyevin qayıdışı haqqında düşünürük. Digər ikisi oynadıqları klublar da razı olsa, icarədə qalacaqlar. Amma Rəhmanın məsələsi edəcəyimiz transferlərdən də asılı ola bilər".

Son xəbərlər

Orphus sistemi