Samir Abasov: "Rəqib əsl şamaxılı kimi çıxış edirdi"

Samir Abasov: "Rəqib əsl şamaxılı kimi çıxış edirdi" "Birinci hissədə rəqib bizdən üstün idi, əsl şamaxılı kimi çıxış edirdi. İkinci hissədə oyunu dəyişə bildik. Əsl "Neftçi"li olduğumuzu ortaya qoyduq".
Futbol
9 Aprel , 2022 16:06
Samir Abasov: Rəqib əsl şamaxılı kimi çıxış edirdi

"Birinci hissədə rəqib bizdən üstün idi, əsl şamaxılı kimi çıxış edirdi. İkinci hissədə oyunu dəyişə bildik. Əsl "Neftçi"li olduğumuzu ortaya qoyduq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.

O, matçın xeyli çətin keçdiyini bildirib: "Həddindən artıq çətin səfər idi. Uzun müddətdən sonra belə gənc oyunçularımız bu cür ab-hava altında oynayırdılar. Bu da başadüşüləndir".

Abasov Yusuf Lavalın əvvəlki oyunlarını göstərə bilməməsinin səbəbini də açıqlayıb: "Laval əsas heyət oyunçusudur. Yenə risk altında meydana buraxdıq. "Zirə" ilə oyundan əvvəl zəhərlənmişdi, bu gün isə optimal formasına düşməmişdi. Tezliklə əsas heyətə qayıdacağına inanıram".

Son xəbərlər

Orphus sistemi