Samir Abasov: "Fikrimiz "Makkabi" ilə oyundadır"

Samir Abasov: "Fikrimiz "Makkabi" ilə oyundadır" "Oyuna aktiv başladıq. Nəticə də ürəyimizcədir".
Futbol
22 Avqust , 2021 20:41
Samir Abasov: Fikrimiz Makkabi ilə oyundadır

"Oyuna aktiv başladıq. Nəticə də ürəyimizcədir".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis İsmayıl Zülfüqarlı və Vüsal Əsgərov kimi gənc futbolçuları yaxşı oyun münasibətilə təbrik edib: "Belə komandaya qaşrı səfər oyununda özlərini çox yaxşı tərəfdən göstərdilər, meydanda itmədilər. Ümumi ansamblı pozmadılar. Onlar bu gün qalib gələn komandanın bir hissəsi idilər".

Abasov həmkarı Rəşad Sadıqov haqqında da xoş fikirlər səsləndirib: "Təbrik edirəm, çox yaxşı komanda qurub. Qol vurmasaydıq, bəlkə də matç heç-heçə başa çatardı. Fikrimiz “Makkabi” ilə oyundadır. İnşallah, yaxşı hazırlaşacağıq".

Son xəbərlər

Orphus sistemi