Samir Abasov: "Neftçi"nin psixoloqa ehtiyacı yoxdur"

Samir Abasov: "Neftçi"nin psixoloqa ehtiyacı yoxdur" "Kimsə psixoloqun sözlərindən qapana, təsirə düşə bilər"
Futbol
15 Aprel , 2021 18:59
Samir Abasov: Neftçinin psixoloqa ehtiyacı yoxdur
Samir Abasov

"Neftçi"nin baş məşqçisi Samir Abasov komandaya psixoloq cəlb olunmasını istəmir.

"Report"un məlumatına görə, bu barədə 43 yaşlı mütəxəssis klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, flaqmanın psixoloqa ehtiyacı yoxdur: "Bu həm yaxşı, həm də riskli bir şeydir. Kimsə psixoloqun sözlərindən qapana, təsirə düşə bilər. Bu gün nəyisə dəyişməyin özü də risklidir. Bir yolla davam etmək lazımdır".

Son xəbərlər

Orphus sistemi