Samir Abasov: "Neftçi"nin çıxışı ilk oyun üçün pis deyildi"

Samir Abasov: "Neftçi"nin çıxışı ilk oyun üçün pis deyildi" "Hansısa oyunçunu fərqləndirmək, onun haqqında danışmaq istəməzdim. Çünki ilk növbədə, bu gün maraqlı oyun alındı, digər tərəfdən, həddindən artıq hərəkətli oynadıq ki, bu da bizə xoş oldu".
Futbol
518
14 Yanvar , 2022 19:15
Samir Abasov: Neftçinin çıxışı ilk oyun üçün pis deyildi

"Hansısa oyunçunu fərqləndirmək, onun haqqında danışmaq istəməzdim. Çünki ilk növbədə, bu gün maraqlı oyun alındı, digər tərəfdən, həddindən artıq hərəkətli oynadıq ki, bu da bizə xoş oldu".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra klub televiziyasına açıqlamasında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, ilk həftədəcə və davam edən yükləmələrdən sonra bu cür hərəkətli çıxış etmək komandası üçün xoş siqnal olub: "Bu gün həm gənc futbolçularımız yaxşı idi, həm də komanda şəklində pis deyildik. Bəzi boşluqlar var idi ki, onları da oyundan sonra komanda ilə birlikdə müzakirə edəcək, araşdıracağıq. Amma ilk oyun üçün pis deyildi".

Bununla yanaşı, Abasov komandamızın bütün oyunçularının müxtəlif səbəblərdən heyətə qoşula bilməmələrindən təəssüfünü ifadə edib: "İstəyimiz onların birgə olmaları idi. Amma əlimizdən gələn bir şey yoxdur".

Baş məşqçi yeni transferlər Eddi İsrafilov və Azər Salahlının kollektivə uyğunlaşma prosesindən də danışıb: "Onların üstünlükləri odur ki, bir-birilərini futbolçu kimi yaxşı tanıyırlar. Uyğunlaşmanı tez keçməkdən ötrü kollektiv də önəmlidir. Hazırda komandadaxili ab-hava həqiqətən mükəmməldir. Bu da onların tezliklə adaptasiya olunmalarına bir köməkdir. Yerlilərdən əlavə, legionerlərimiz də uzun müddətdir "Neftçi"dədirlər. Düşünürəm ki, Azərə nisbətən Eddi adaptasiya sarıdan bir qədər problem yaşasın. Görünən odur ki, Salahlı uyğunlaşma dövrünü yaxşı keçir".

Qeyd edək ki, "Neftçi" növbəti yoxlama oyununu yanvarın 19-da Polşanın “Visla” (Plotsk) komandasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi