Samir Abasov: "İkinci yer pis nəticə deyil"

Samir Abasov: "İkinci yer pis nəticə deyil" "Rəqibi təbrik edirəm. Həm futbolçular, həm də məşqçilər ötən mövsüm bizi təbrik edirdilər. "Qarabağ" UEFA Konfrsans Liqasında bizi sevindirdi, həm də Premyer Liqada qalib oldu".
Futbol
21 May , 2022 21:41
Samir Abasov: İkinci yer pis nəticə deyil

"Rəqibi təbrik edirəm. Həm futbolçular, həm də məşqçilər ötən mövsüm bizi təbrik edirdilər. "Qarabağ" UEFA Konfrsans Liqasında bizi sevindirdi, həm də Premyer Liqada qalib oldu".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis gümüş medalları qarşılarına məqsəd qoyduqlarını və buna nail olduqlarını bildirib: "Bir neçə vacib oyunlara itkilərlə çıxmışdıq. Bu da bizə təsir edirdi. Paltardəyişmə otağında futbolçuları təbrik etdim. "Qarabağ" kimi təcrübəsi olan komanda bugünkü səhvləri bağışlamır. Cavan oyunçularımız belə oyun üçün hələlik yetişməyiblər. Amma təcrübə yığacaqlar. Hamısını anlayıram. "Neftçi"ni təbrik edirəm, bu il ikinci yer pis nəticə deyil. Çətinliklərə baxmayaraq, oyunçularla olan yaxşı münasibətimiz bizi ikinci yerə daşıdı".

Abasov futbolçularla münasibətinin pis olmadığını söyləyib: "Komandada qalıb-qalmayacağımı bilmirəm. Ötən mövsümkü heyəti qoruyub saxlaya bilmədik. Hər şeyin fiaskoya getməməsi üçün zövqlü oyunu kənəra atdıq. Komandanın pis oynamasının səbəbkarı mənəm. Bütün bunları bilərəkdən etdim ki, ikinci yeri tuta bilək".

Baş məşqçi "ağ-qaralar"ın azarkeşləri barədə də danışıb: "Fanatlar hər zaman narazı olmalıdırlar. Çünki onlar birinci və avrokubokda uğurlu olmağı istəyirlər. Bu da onların haqqıdır. Tərəfdarların bəziləri ilə görüşüb danışmışam. Heç kim istəklərinə görə onları qınaya bilməz. Əsl fanat da belə olmalıdır".

Son xəbərlər

Orphus sistemi