Samir Abasov: "Heç kimdə günah yoxdur, bu, taleyin acı tərəfidir"

Samir Abasov: "Heç kimdə günah yoxdur, bu, taleyin acı tərəfidir" "Çətin oyun keçdi. 3 oyunda uduzduqdan sonra "Səbail"lə görüşdəki qələbənin davamını gətirmək istəyirdik. Amma alınmadı".
Futbol
320
5 Dekabr , 2021 18:24
Samir Abasov: Heç kimdə günah yoxdur, bu, taleyin acı tərəfidir
Samir Abasov

"Çətin oyun keçdi. 3 oyunda uduzduqdan sonra "Səbail"lə görüşdəki qələbənin davamını gətirmək istəyirdik. Amma alınmadı".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyuna güc qata biləcək Sezar Meza Kolli və Xorxe Korrea kimi futbolçulardan zədəli olduqları üçün yararlana bilməyiblər: "Meza Kolli məşqdə əzələsini dartıb. Yusuf Laval da eyni problemlə üzləşdi. Lavalın oyunadək problemi yox idi. Romen Bask da qızdırmalıdır. Xorxe Korrea məşq vaxtı zərbə aldı. Biz bəhanələr axtarmalı deyilik. Ronaldu kimi oyunçu da Portuqaliya millisində qaça-qaça əzələsini dartır. Bunlar sübut olunmayan zədələrdir. Heç kimdə günah yoxdur, taleyin acı tərəfidir".

Abasov qış fasiləsində komandada dəyişiklik etməyi düşündüklərini diqqətə çatdırıb: "Bunlar bizim mətbəximizin içində olan söhbətlərdir. Bəzi mövqeləri gücləndirmək, yerli balansını düzəltmək istəyirik. Bu durumdan yerli futbolçularımız qazanc əldə edə, gələcək üçün komanda quruluşunda iştirak edə bilərlər. Klub rəhbərliyi ilə görüşlərimiz, oyundan sonra bazada müzakirələrimiz davam edəcək. Futbolçularımızda əllərini sallayıb oynamamaq istəyini görmürük. Nə qədər bacaracağlqsa, zaman göstərəcək".

Mütəxəssisin fikrincə, oyun içərisində ani qərarlar vermək lazımdır: "Mən bunu baş məşqçi kimi edə bilmərəm. Bəzən təcrübəsizlik, bəzən tələskənlik maneçilik törədir. Rəqibin həddindən artıq ayağa basırdı. Disbalansımız var, bunu aradan qaldırmağa çalışırıq".

Baş məşqçi Rusiyada çıxış edən Ayaz Quliyevin "Neftçi"yə keçmə variantı barədə məlumatsız olduğunu, mümkün transferlərlə klubdakı müvafiq şöbənin məşğul olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi