Samir Abasov: "Futbol ikinci plandadır, fikrimiz cəbhəyə yönəlib"

Samir Abasov: "Futbol ikinci plandadır, fikrimiz cəbhəyə yönəlib" "De Byazi çıxıb desə ki, məndə yetərincə material yoxdur, onda əks sual çıxır ki, bəs niyə gəlirdin?"
Futbol
978
14 Oktyabr , 2020 16:10
Samir Abasov: Futbol ikinci plandadır, fikrimiz cəbhəyə yönəlib
Samir Abasov

"Milli komanda ilə bağlı çox danışa bilməyəcəyəm. Sadəcə hesablardan xəbərim var. Monteneqroya 0:2 hesabı ilə uduzduğumuz və Kiprlə qolsuz heç-heçə etdiyimiz görüşləri izləməmişəm. Əvvəlki oyunlara baxanda görünürdü ki, qrupun favoriti Lüksemburq yığmasıdır".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə" və "Sumqayıt" komandalarının sabiq baş məşqçisi Samir Abasov deyib.

42 yaşlı mütəxəssis 3 aya yaxındır ki, Qusar rayonunda olduğunu və oyunlara baxmadığını bildirib: "Futboldan başı çıxanlar Lüksemburq yığmasının oyununa baxanda görər ki, bunlar favoritdir. Millətlər Liqasında uğur qazana bilməməyimizi heç nə ilə əlaqələndirə bilmərəm. Mənim yığma üçün deyiləcək sözüm yoxdur. Səhv xatırlamıramsa, baş məşqçi Canni De Byazi komandaya gələndə hamını rahatlaşdırmışdı. Sanki bir az ümidləndirmişdi, "O olacaq, bu olacaq" kimi ifadələr işlədirdi. Görünən odur ki, bu qrupdan da çıxa bilmədik. De Byazi çıxıb desə ki, məndə yetərincə material yoxdur, onda əks sual çıxır ki, bəs niyə gəlirdin? O, bütün bunları bilirdi. Bu gün isə futbol ikinci plandadır, fikrimiz cəbhədəki hadisələrə yönəlib. Futbolda sevinməsək də, qələbə xəbərləri ilə sevinək".

Abasov italiyalı baş məşqçinin bəzi oyunlarda 5 müdafiəçi ilə çıxış etməsinə də toxunub: "Baş məşqçilər, ilk növbədə, buna fikir verməlidirlər ki, əlindəki oyunçular hansı sistemdə effekt verəcək. Heç kim 5-li sistemi sevir deyə oynamır, əlində olan futbolçulara görə edir. Mən "Sumqayıt"da işləyəndə bilirdim ki, komandanı 4 müdafiəçi ilə oynatsam, rəzalət olacaq və heç nə əldə edə bilməyəcəm. Yığmadakı Azər Salahlı mən orada işləyəndə "Sumqayıt"da idi. Onun hücum xüsusiyyəti, müdafiədən daha çox idi. Bu səbəbdən cinahda oynayırdı".

Sabiq baş məşqçinin sözlərinə görə, Salahlı öz işini 90 dəqiqə yox, 120 dəqiqədə də rahat görə bilər: "Bir oyunçunu misal çəkdim, bütün heyəti saymaq istəmirəm. Önəmlisi budur ki, bu gün hansı oyunçular, sənə hansı sistemdə xeyir verəcək. Hansı sistemlə oynayırsa, onun izahı olmalıdır. Əlindəki oyunçuların hansı sistemdə daha çox kömək edəcəkləri önəmlidir. Hər bir sistemə görə aşağı-yuxarı bir futbolçu var. Bizim yığma hökmən 4-lü və 5-li müdafiə ilə çıxış etməlidir deyə düşüncə olmamalıdır".

Son xəbərlər

Orphus sistemi