"Fehervar"la oyuna uduzmaq üçün çıxmayacağıq.
"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.
O, rəqibin kifayət qədər güclü olduğunu bildirib: "Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı düşsə, işimiz asan olmayacaq. Təbii ki, biz də oyuna uduzmaq üçün çıxmayacağıq. Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Sumqayıt" Macarıstan təmsilçisi "Fehervar"la üz-üz gələcək. Görüşlər iyulun 25-də və avqustun 1-də keçiriləcək.