"Zirə"nin baş məşqçisi: "Bizim üçün həddən artıq pis oyun oldu"

"Zirə"nin baş məşqçisi: "Bizim üçün həddən artıq pis oyun oldu" Bakı. 2 fevral. REPORT.AZ/ Zirənin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XV turunda Sabaha evdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.
Futbol
2 Fevral , 2019 19:56
Zirənin baş məşqçisi: Bizim üçün həddən artıq pis oyun oldu

Bakı. 2 fevral. REPORT.AZ/ "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XV turunda "Sabah"a evdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunu qiymətləndirib:

- Bizim üçün həddən artıq pis oyun oldu. Bunu gözləmirdik. Görünən odur ki, yoxlama matçları ilə çempionat qarşılaşmalarının fərqinə varmadıq. Azarkeşlərimizin qarşısında çox həyəcanlı oynadıq.

Matçdan əvvəl demişdim ki, bir nəfər oyundan "qopsa", pis olacaq. İlk hissədə 5-6 futbolçumuzda belə oldu. Yığıb-yığışdıra bilmədik. Bu gün yeni futbolçularımızdan heç nə gözləmirdik. Ancaq istədik ki, Azərbaycan çempionatını hiss etsinlər.

Nisbətən razı olan iki nəfəri meydana buraxdıq. Ümid veriləsi oyun idi. Hər şey etdik ki, özümüzü çuxura salaq. Əsla rahatlıq yox idi.

- Say üstünlüyündən istifadə edə bilmədiniz. Komandanız tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?

- Faiz dərəcəsi ilə sıfır... Hansısa futbolçunun oyunu getmirsə, artıq meydanda fərqinə varmır 10 nəfərik, yoxsa nə. Öz ab-havasında oynayır. Belə futbolçularımız çox idi.

- Yeni futbolçularınıza nə qədər vaxt lazımdı ki, tam formaya düşsünlər?

- Üç-dörd tur lazımdır...

Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının XV turunda "Sabah"a məğlub olub. 

Son xəbərlər

Orphus sistemi