Samir Abasov: "Bu gün meydanda super "Neftçi" var idi"

Samir Abasov: "Bu gün meydanda super "Neftçi" var idi" "Üzüntümüz sadəcə, mərhələ keçə bilməməyimizdir. İki oyundaqapımıza cəmi bir top gəldi. Onda da Səlahətin əlindən çıxdı və qol oldu".
Futbol
7 Fevral , 2021 19:36
Samir Abasov: Bu gün meydanda super Neftçi var idi

"Üzüntümüz sadəcə, mərhələ keçə bilməməyimizdir. İki oyundaqapımıza cəmi bir top gəldi. Onda da Səlahətin əlindən çıxdı və qol oldu".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bəxtlərinin gətirmədiyini bildirib: "Üstünlük bizdə idi. Üzümdən də görürsünüz, zərrə qədər də heyfslənmək yoxdur. Bu gün meydanda super "Neftçi" var idi. Uğurlarımız gələcək. Bəzi məqamlar var ki, onları dəyişməliyik, bunun üçün də yayı gözləməliyik. Bu gün Monroz tam hazır deyildi, amma ondan da razı qaldım. Məncə, pis deyil, hər şey yaxşıdır".

Abasov hücum xəttində axsadıqlarını söyləyib: "Pis futbolçu yoxdur. Təklif olunan futbolçular var, lakin onlar mənim oyun tərzimə uyğun deyil. Onları götürməsəm də, oynaya bilərəm. Ümumi komanda hücumda iştirak etməlidir. Bəzi məqamlar var ki, hücumçu onu öz üzərinə götürməlidir. Bu oyunda biz bunun yoxluğunu hiss etdik. Biz demirik ki, Mirabdulla pisdir, yox. Sadəcə, tək onunla da alınmır".

Baş məşqçi qapıda yenidən Səlahət Ağayevə şans verməsinin səbəbini açıqlayıb: "Həvəsdən düşməməlidir. Bu gün də eyni səhvi edə bilərdi. Mən bütün məsuliyyəti öz üzərimə götürdüm".

Mütəxəssis "Qarabağ"la Azərbaycan Premyer Liqasının XV turunda keçirəcəkləri matça da toxunub: "Bu oyun göstərdi ki, yaxşı yoldayıq. Sadəcə, bir az zaman lazımdır. Psixoloji durumumuzu düzəltməliyik. İnandırım sizi, çox yaxşı olacağıq. Bizə bir vaxt lazımdır. "Qarabağ"ı yaxşı tanıyırıq, bizə çətin olacaq. Nəticə nə olur olsun, düzələcəyik. Bu gün mən rəhbərlikdən vaxt istəmirəm, lakin hamı anlamalıdır".

Son xəbərlər

Orphus sistemi