Samir Abasov: "Bu dəfə ermənilərə heç kim kömək edə bilməyəcək"

Samir Abasov: "Bu dəfə ermənilərə heç kim kömək edə bilməyəcək" "Özüm siyasətdən uzaq adamam, amma prezidentin son çıxışlarına baxıram. Bizi elə kökləyib ki, hazırda xalqımızın qabağında heç kim dura bilməz".
Futbol
15 Oktyabr , 2020 14:13
Samir Abasov: Bu dəfə ermənilərə heç kim kömək edə bilməyəcək
Samir Abasov

"Ermənilərin mülki əhalini, Gəncəni vurması təəccüblü deyil. Onların belə hərəkətləri həmişə olub. Həmişə şərəfsiz olublar, bizim əsgərlərlə kişi kimi döyüşə bilmirlər".

Bunu "Report"a açıqlamasında "Zirə" və "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasov deyib.

42 yaşlı mütəxəssis bildirib ki, ermənilər həmişə kimlərdənsə kömək istəyirlər: "Onlar onun-bunun hesabına ayaqda dururlar. Bu dəfə ermənilərə heç kim, hətta havadarları da kömək etməyəcək. Yaxınlarımdan döyüş bölgəsində olan hərbçilər var. İki bibimoğlu isə hazırda getmək ərəfəsindədir. Bütün əsgərlər xalqda olan əhval-ruhiyəni görüb ürəklənirlər. Özüm siyasətdən uzaq adamam, amma prezidentin son çıxışlarına baxıram. Bizi elə kökləyib ki, hazırda xalqımızın qabağında heç kim dura bilməz. Erməninin arxasında olanlar belə dayanmaz. Kim gəlir-gəlsin, xeyri olmayacaq. Bizdə möhtəşəm ruh və motivasiya var. İnanıram ki, bu, axıra kimi belə də gedəcək".

Abasov Qusar rayonundan təzə gəldiyini və həmin rayonda da ab-havanın yüksək olduğunu söyləyib: "Hamı deyir ki, müharibə eləmək və torpaqları almaq lazımdır. Onlar şəhərdə olan durumu çox da bilmirlər, söhbət edib hamısını deyirəm. Şəhidlərimiz var, Allah onlara rəhmət eləsin. Bu, bizi bir az üzür. İnanıram ki, sonunda qələbə qazanacağıq".

Son olaraq 2019-cu ildə "Zirə"nin baş məşqçisi olmuş mütəxəssis heç bir klubdan təklif almadığını sözlərinə əlavə edib: "3 aya yaxındır ki, hər şeydən uzaq idim. 3 aydan sonra Sumqayıta qayıtdım. Bizim fikrimiz o deyil ki, Samir işsiz qalıb. Əsas fikrimiz cəbhədə, əsgərlərimizin yanındadır. O ümidlə yaşayırıq ki, daha yaxşı xəbərlər eşidəcəyik".

Son xəbərlər

Orphus sistemi