Samir Abasov: "Gedək AFFA-ya yalvaraq ki, azarkeşləri stadiona buraxsınlar"

Samir Abasov: "Gedək AFFA-ya yalvaraq ki, azarkeşləri stadiona buraxsınlar" "Onlar üçün çox darıxırıq"
Futbol
15 Aprel , 2021 16:52
Samir Abasov: Gedək AFFA-ya yalvaraq ki, azarkeşləri stadiona buraxsınlar
Samir Abasov

"Boş tribunlar qarşısında oynamaq mənə təsir edir. Azarkeşlər gəlsə, məni, futbolçuları daha da qızışdırar".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, digər komandalardan fərqli, flaqman böyük azarkeş kütləsinə malikdir: "Bizim möhtəşəm fanatlarımız var. Gedək AFFA-dan xahiş edək, onlara yalvaraq ki, azarkeşləri stadiona buraxsınlar. Onlar üçün çox darıxırıq".

Son xəbərlər

Orphus sistemi